“Everton”un qapıçısı Cordan Pikford 2024-cü ildən bəri İngiltərə millisində ilk qolunu buraxıb.
İdman.Biz xəbər verir ki, 32 yaşlı futbolçunun qapısına qol Yaponiya ilə yoldaşlıq oyununda vurulub. Qolu 23-cü dəqiqədə Kaoru Mitoma vurub.
Oyun 1:0 hesabı ilə yaponların xeyrinə başa çatıb.
Ümumilikdə, bu seriya 922 dəqiqə davam edib. Pikford İngiltərə millisində sonuncu dəfə 537 gün əvvəl, Yunanıstanla matçda qol buraxıb.
32 yaşlı qapıçı İngiltərə millisində 81 oyun keçirib və 53 qol buraxıb. O, həmçinin 43 dəfə qapısını toxunulmaz saxlayıb.
