“Zirə”nin futbolçuları ilə Ruanda turnirin çempionu oldu

31 Mart 2026 12:25
92
“Zirə”nin futbolçuları ilə Ruanda turnirin çempionu oldu

“Zirə” klubunun futbolçuları Leroy-Jak Mikels və Anje Mutsinzinin formasını geyindiyi Ruanda millisi “FIFA Series - 2026” beynəlxalq turnirinin qalibi olub.

İdman.Biz xəbər verir ki, həlledici qarşılaşma Kiqali şəhərində yerləşən “Amoxoro” stadionunda baş tutub və tribunaları 45 minə yaxın azarkeş doldurub.

Finalda Ruanda yığması Estoniya ilə üz-üzə gəlib.

Hər iki “Zirə” təmsilçisi - Mikels və Mutsinzi oyuna start heyətdə başlayıb. Matç Ruanda millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrenada ilə keçirilən görüşdə (4:0) yığmada debüt edib qol sevinci yaşayan Leroy-Jak Mikels finalda da fərqlənərək komandasına töhfə verib. O, yalnız qol vurmaqla kifayətlənməyib, digər qolda da məhsuldar ötürmə ilə yadda qalıb. 30 yaşlı hücumçu turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.

Görüşdə Leroy-Jak Mikelsin Azərbaycanda çıxış edən digər qardaşları da iştirak ediblər. “Sabah”ın üzvü Coy-Lens Mikels start heyətdə yer alıb, “Karvan-Yevlax”da oynayan Coy Slayd Mikels isə sonradan meydana daxil olub.

İdman.Biz