“Seltik” futbol klubu tarixində 56-cı dəfə Şotlandiya çempionatının qalibi olub.
İdman.Biz xəbər verir ki, “Seltik” öz meydanında “Harts”la üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.
Bu qələbədən sonra “Seltik” xallarının sayını 82-yə çatdıraraq ardıcıl 5-ci dəfə Şotlandiya çempionu olub. Ümumilikdə isə Qlazqo klubu tarixində 56 dəfə bu titulu qazanıb.
80 xal toplayan “Harts” mövsümü ikinci pillədə başa vurub.
