Rəsmi: Levandovski “Barselona”dan ayrıldı - FOTO/VİDEO

16 May 2026 15:34
192
Rəsmi: Levandovski “Barselona”dan ayrıldı - FOTO/VİDEO

Polşalı hücumçu Robert Levandovski “Barselona” futbol klubundan ayrılıb.

İdman.Biz xəbər verir ki, bu barədə kataloniya təmsilçisinin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.

Klubun paylaşımında belə yazılıb:

“O, ulduz kimi gəlmişdi. Əfsanə kimi gedir. Robert Levandovski, bu formanı geyindiyin müddətdə vurduğun hər qol, apardığın hər mübarizə və yaşatdığın hər sehrli an üçün təşəkkür edirik. Sən hər zaman “Barselona” ailəsinin bir parçası olaraq qalacaqsan”.

Eyni zamanda futbolçu özü də, sosial şəbəkə hesabında “Barselona”dan ayrılmağına dair paylaşım edib.

İdman.Biz