Naxçıvanda futzal üzrə “Heydər Əliyev Kuboku”na start verildi - FOTO

16 May 2026 15:29
94
Naxçıvanda futzal üzrə “Heydər Əliyev Kuboku”na start verildi

Naxçıvanda dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinə start verilib.

İdman.Biz xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində Dövlət Himni səsləndirilib, Ulu Öndər və şəhidlərin xatirəsi yad olunub.

Turnirin ilk oyununda Naxçıvan Televiziya və Radio Verilişləri QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin komandasına 5:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 20 komandanın iştirak etdiyi yarış mayın 27-də başa çatacaq. Turnirin qalibinə “Heydər Əliyev Kuboku” təqdim olunacaq.

İdman.Biz
Məqalədə: