KİV: “Kayzerslautern”in baş məşqçisi MahirEmreliyə “get” deyib

16 May 2026 13:11
156
KİV: “Kayzerslautern”in baş məşqçisi MahirEmreliyə “get” deyib

Almaniyanın “Kayzerslautern” futbol klubunda çıxış edən millimizin hücumçusu Mahir Emrelinin klubdan ayrılacağı ilə bağlı iddialar öz təsdiqini tapmaqdadır.

İdman.Biz xəbər verir ki, bu barədə “Südwest24” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, komandanın baş məşqçisi Torsten Liberknex azərbaycanlı hücumçu ilə bağlı qərarını artıq verib.

Mənbə iddia edir ki, almaniyalı mütəxəssis Mahir Emrelini komandasında görmək istəmir. Bu səbəbdən 27 yaşlı forvardın özünə yeni klub axtarmasında problem olmadığı bildirilir.

Qeyd edək ki, Mahir Emrelinin anası Elnurə Emreli bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamada klubun baş məşqçisi Torsten Liberknexin Mahirlə problem yaşadığını təsdiq edib.

İdman.Biz