“Qəbələ” FK Kaxaber Tsxadadze ilə yollarını ayrılır? - İDDİA

16 May 2026 12:52
108
“Qəbələ” FK Kaxaber Tsxadadze ilə yollarını ayrılır? - İDDİA

Mövsümün sonunda daha bir Premyer Liqa klubunda baş məşqçi dəyişikliyi gözlənilir.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, "Qəbələ" FK-nın rəhbərliyinin Kaxaber Tsxadadzenin işindən narazı olduğu iddia olunur.

Bu səbəbdən mövsümün yekun nəticəsindən asılı olmayayaraq, bölgə təmsilçisi 57 yaşlı gürcü çalışdırıcı ilə yolları ayırmağı planlaşdırır.

Qeyd edək ki, Tsxadadze 2024-cü ildən "qırmızı-qaralar"ın "sükanı arxasındadır". O, məşqçilik karyerası ərzində Azərbaycanda "Qəbələ"dən başqa "Standart" (fəaliyyətini dayandırıb) və "İnter"in (indiki "Şamaxı") baş məşqçisi olub.

İdman.Biz