“Qalatasaray” futbolçuları çempionluğu qeyd edərkən təhlükə ilə üzləşiblər - VİDEO

16 May 2026 12:12
168
“Qalatasaray” futbolçuları çempionluğu qeyd edərkən təhlükə ilə üzləşiblər - VİDEO

“Qalatasaray” futbol klubunun oyunçuları Türkiyə çempionluğunu qeyd edərkən xoşagəlməz hadisə ilə üzləşiblər.

İdman.Biz xəbər verir ki, komanda üzvləri bayram coşqusuna o qədər qapılıblar ki, hərəkətdə olduqları avtobusun qarşısındakı maneəni yalnız son anda görüblər.

Məlumata görə, futbolçuların diqqətsizliyi az qala təhlükəli vəziyyətlə nəticələnəcəkdi. Lakin sürücünün operativ reaksiyası və oyunçuların son anda vəziyyəti fərq etməsi mümkün qəzanın qarşısını alıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Bayram tədbirləri isə daha sonra davam etdirilib.

İdman.Biz
Məqalədə: