İspaniyanın tanınmış keçmiş futbolçusu və hazırda məşqçi kimi fəaliyyət göstərən mütəxəssis Xabi Alonso İngiltərənin "Çelsi" klubunun baş məşqçi postuna təyin olunmağa yaxındır.
İdman.Biz xəbər verir ki, tərəflər arasında razılaşma demək olar ki, yekunlaşıb və təyinatın İngiltərə Kubokunun finalından sonra rəsmiləşdiriləcəyi gözlənilir.
Qeyd olunub ki, “Çelsi” rəhbərliyi yeni baş məşqçi ilə bağlı qərarı mövsümün həlledici matçından sonra ictimaiyyətə açıqlayacaq.
