Joze Mourinyonun “Real Madrid”lə müqaviləsi 2028-ci ilədək olacaq

16 May 2026 15:55
170
Joze Mourinyonun “Real Madrid”lə müqaviləsi 2028-ci ilədək olacaq

Portuqaliyalı mütəxəssis Joze Mourinyonun “Real Madrid” ilə müqaviləsinin 2 illik olacağı iddia edilir.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Xose Feliks Dias məlumat yayıb.

Mənbənin iddiasına görə, portuqaliyalı mütəxəssislə müqavilə 2028-ci ilədək nəzərdə tutulub.

Bildirilir ki, Mourinyo “Real”ın paltardəyişmə otağında baş verən bütün hadisələr barədə məlumatlandırılıb. Təcrübəli məşqçini ən çox təəccübləndirən məqam isə son dönəmdə Kilian Mbappenin davranışı olub.

Məlumata görə, Mourinyonun baş məşqçi təyinatı gələn həftənin əvvəlində rəsmən elan ediləcək.

İdman.Biz
Məqalədə: