“Nyukasl” “Monako”nun futbolçusu üçün danışıqları sürətləndirdi

16 May 2026 16:38
162
“Nyukasl” “Monako”nun futbolçusu üçün danışıqları sürətləndirdi

İngiltərənin “Nyukasl” futbol klubu Fransa “Monako”sunun yarımmüdafiəçisi Lamin Kamaranın transferi ilə bağlı danışıqları sürətləndirib.

İdman.Biz xəbər verir ki, son günlər seneqallı futbolçunun nümayəndələri ilə “sağsağanlar”ın rəhbərliyi arasında görüş keçirilib.

Qeyd olunur ki, Lamin Kamaranın vəziyyətini “Liverpul” da diqqətlə izləyir. Mersisayd təmsilçisinin yaxın vaxtlarda futbolçuya marağını daha da artıracağı bildirilir.

22 yaşlı yarımmüdafiəçinin hazırkı transfer dəyəri təxminən 50 milyon avro qiymətləndirilir.

İdman.Biz
Məqalədə: