“Sabah”ın futbolçusu: “Çempionlar Liqasında hər şey rəqibdən asılıdır”

16 May 2026 17:28
121
“Sabah”ın futbolçusu: “Çempionlar Liqasında hər şey rəqibdən asılıdır”

"UEFA Çempionlar Liqasında necə çıxış edəcəyimizi zaman göstərəcək".

Bu sözləri "Sabah"ın futbolçusu İvan Lepiniça deyib.

Xorvatiyalı yarımmüdafiəçi komandasının qitənin bir nömrəli klub turnirinin təsnifat mərhələsinə vəsiqə qazanmasını yüksək dəyərləndirib və bu mərhələnin həm futbolçular, həm də klub üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Püşkatma zamanı düşən rəqiblərdən çox şey asılı olacaq. Hansı komanda ilə qarşılaşacağımız vacib amildir. Amma düşünürəm ki, belə mötəbər turnirdə iştirak həm bizim, həm də klub üçün çox yaxşı təcrübədir. Bu səviyyədə oyunlar hər futbolçu üçün böyük fürsətdir", - deyə o sport24.az-a açıqlamasında qeyd edib.

26 yaşlı oyunçu avrokuboklarda uğurlu çıxış etmək üçün əllərindən gələni edəcəklərini də sözlərinə əlavə edib:

"Klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparacağıq. Bu, hamımız üçün möhtəşəm hissdir. Çalışacağıq ki, bu imkandan maksimum yararlanaq və layiqli çıxış edək".

İdman.Biz