Toral Bayramov: “Bizim üçün xeyirli turnir oldu”

31 Mart 2026 02:01
82
Toral Bayramov: “Bizim üçün xeyirli turnir oldu”

“Düşünürəm ki, bu yarış bizim üçün xeyirli bir turnir oldu. Baxmayaraq ki, rəqiblər tamamilə fərqli idi”.

İdman.Biz bildirir ki, bu sözləri Azərbaycan millisinin üzvü Toral Bayramov “FİFA Series 2026” turnirindən sonra deyib.

Turnirin son oyununda Azərbaycan yığması Syerra-Lyoneyə penaltilərlə qalib gəlib.

“İlk matç belə deyək bizim üçün çətin keçmədi. İkinci matçdakı komanda çox güclü idi. Həm fiziki, həm taktiki cəhətdən. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Məşqçiyə təşəkkür edirəm. Azarkeşlərə təşəkkür edirəm. Bizin yanımızda idilər. İnşallah qələbələrimizi davam etdirib onları sevindirəcəyik”, - Bayramov bildirib.

İdman.Biz