“Barselona”nın sağ və sol cinah müdafiəçiləri Jül Kunde və Aleks Balde İspaniya liqasının 30-cu turunda “Atletiko Madrid”ə qarşı oynaya biləcəklər.
İdman.Biz bu barədə “Mundo Deportivo”ya istinadən bildirir.
Matç 4 aprel şənbə günü keçiriləcək.
Nəşrin məlumatına görə, Kataloniya klubunun müdafiəçiləri əzələ zədələrindən sağalıb və artıq komanda məşqlərində iştirak ediblər. Lakin “blauqrana”nın hollandiyalı yarımmüdafiəçisi Frenki de Yonqun vəziyyəti qeyri-müəyyən olaraq qalır. Yarımmüdafiəçi sağ ayağındakı biseps zədəsi səbəbindən bir aydan çoxdur ki, oynaya bilmir.
Hazırda La Liqa turnir cədvəlinə 73 xalla “Barselona” başçılıq edir. “Real Madrid” 69 xalla ikinci, “Atletiko Madrid” isə 57 xalla dördüncü yerdədir.
