Devid Bekhem İngiltərənin DÇ-2026-cdakı perspektivlərinə toxunub

29 Mart 2026 02:13
142
Devid Bekhem İngiltərənin DÇ-2026-cdakı perspektivlərinə toxunub

“Mançester Yunayted” və İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Devid Bekhem milli komandanın 2026-cı il dünya çempionatı üçün perspektivləri barədə danışıb.

İdman.Biz xəbər verir ki, dünya çempuinaında İngiltərə Xorvatiya, Qana və Panama ilə L qrupunda oynayacaq.

“Düzünü desəm, düşünürəm ki, biz əla vəziyyətdəyik, ola biləcəyimiz ən yaxşı mövqedəyik. Çox gənc, istedadlı bir komandamız var və karyerasının ən yaxşı formasını yaşayan əla kapitanımız var. Harri Keynlə birlikdə biz çox şeyin öhdəsindən gələrik. O, açıq-aydın əla liderdir və düşünürəm ki, Tomas [Tuxel] heyət seçimində və komandanı idarə etməkdə çox diqqətlidir. İngiltərənin bu dünya çempionatında uğur qazanması üçün hər detala diqqət yetirmək lazımdır”, - deyə talkSPORT Bekhemdən sitat gətirir.

2026-cı il dünya çempionatı bu yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz