“Yuventus” “Sassuolo”nun yarımmüdafiəçisi İsmael Koneni transfer etmək istəyir

28 Mart 2026 21:31
77
“Yuventus” “Sassuolo”nun yarımmüdafiəçisi İsmael Koneni transfer etmək istəyir

Turinin “Yuventus” klubu yarımmüdafiə xəttini “Sassuolo”nun yarımmüdafiəçisi İsmael Kone ilə gücləndirməyi planlaşdırır.

İdman.Biz bunu “La Gazzetta dello Sport”a istinadən bildirir.

Mənbəyə görə, “byankonerilər” oyunçunu yarımmüdafiə xəttini dərhal gücləndirə biləcək futbolçu kimi görürlər. “Neroverdilər” onu 25-30 milyon avro dəyərində qiymətləndirirlər.

İsmael Kone Kanada futbolunun yetirməsidir. Yarımmüdafiəçinin karyerasında “Monreal İmpact”, “Uotford”, “Marsel” və “Renn” kimi klublarda da çıxış edib. O, həmçinin Kanada millisində də oynayır. Bu mövsüm 28 oyunda Kone beş qol vurub.

“Yuventus” Seriya A turnir cədvəlində beşinci yerdədir.

İdman.Biz