“Hoffenhaym”ın hücumçusu Fisnik Aslanini təmsil edən agent Ayman Dahmani, “Barselona”nın 23 yaşlı hücumçuya maraq göstərməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
“Barselona”nın oyunçuya marağı güclü olaraq qalır; Kataloniya klubu onunla əlaqə saxlayıb”, - deyə İdman.Biz Dahmanidən sitat gətirir.
Aslaninin agenti həmçinin bildirib ki, hücumçu yalnız sərbəst qalma maddəsi ödənildiyi təqdirdə “Hoffenhaym”dan ayrılacaq. Müxtəlif media xəbərlərinə görə, sərbəst qalma maddəsi 25 milyon avro ilə 29 milyon avro arasındadır.
Aslani bu mövsüm bütün turnirlərdə 28 oyunda meydana çıxıb, doqquz qol vurub və səkkiz məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
