“Real Madrid” prezidenti Florentino Peres istefa vermək niyyətində olmadığını açıqlayıb.
İdman.Biz bildirir ki, 79 yaşlı Peres ciddi xəstəliyi olduğu barədə xəbərləri də təkzib edib.
“Sizə deməyimə çox təəssüf edirəm, amma istefa verməyəcəyəm... İstefa verməyəcəyəm! Mənə qarşı kampaniyalar aparılır. Amma mən hələ də buradayam və prezidentəm. İnsanlar xərçəng xəstəliyinə tutulduğumu deyirdilər, amma hamısı yalan idi. Yorulmamışam”, - deyə Peres mətbuat konfransında bildirib.
View this post on Instagram
