Alan Şirer velosipeddə qəzaya düşüb - FOTO

28 Mart 2026 01:51
81
Alan Şirer velosipeddə qəzaya düşüb

“Nyukasl”ın və İngiltərə millisinin keçmiş futbolçusu Alan Şirer velosipeddə qəzaya düşüb.

İdman.Biz bildirir ki, Şirer sosial media səhifəsində xəsarətlərinin fotosunu paylaşıb.

Keçmiş futbolçu qolundan və ayağından xəsarət alıb və görünən sıyrıqlar qəzanın olduqca ciddi olduğunu göstərir. Lakin qəzanın dəqiq səbəbləri hələ də məlum deyil.

Xatırladaq ki, Şirer “Nyukasl”da on il oynayıb, 404 oyunda meydana çıxıb və 206 qol vurub. O, 2006-cı ildə karyerasını başa vurub. O, həmçinin İngiltərə millisində də oynayıb və 63 oyunda 30 qol vurub.

İdman.Biz