PSJ-nin heyəti ikinci yerdəki “Monako”dan üç dəfə bahadır – Transfermarkt

27 Mart 2026 20:55
32
PSJ-nin heyəti ikinci yerdəki “Monako”dan üç dəfə bahadır – Transfermarkt

Transfermarkt Fransa Liqa 1 klublarında oynayan futbolçuların bazar dəyərlərini yeniləyib.

İdman.Biz bildirir ki, yenilənməyə görə, PSJ ən bahalı heyətə 1,22 milyard avro ilə sahibdir. İkinci yerdə oyunçularının dəyəri 392 milyon avro olan “Monako” gəlir. İlk üçlüyü 386 milyon avro ilə “Marsel” tamamlayır.

Transfermarkt-a görə, Liqa 1-in ən bahalı 5 klub heyəti:

PSJ — 1,22 milyard avro
“Monako” — 392 milyon avro
“Marsel” — 386 milyon avro
“Strasburq” — 362 milyon avro
“Lion” — 283 milyon avro

Əvvəlki yeniləmə ilə müqayisədə PSJ-nin heyətinin bazar dəyəri 1,6% artıb.

İdman.Biz