Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandasının azarkeşləri “Əl-Hilal”la derbi zamanı qalmaqalla gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə “Əl-Nəsr” fanatlarının “Əl-Hilal” tərəfdarlarının olduğu VIP sektora daxil olduğu və əllərindəki dəyənəklərlə aqressiv davranış sərgilədiyi görüntülər yayılıb.
Qeyd edək ki, Səudiyyə Pro Liqasında keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Əl-Nəsr” 37-ci dəqiqədə Məhəmməd Simakanın qolu ilə önə keçsə də, 90+8-ci dəqiqədə qapıçı Bentonun avtoqolu komandanın çempionluq sevincini təxirə salıb.
Qələbə “Əl-Nəsr”ə Kriştianu Ronaldu (Cristiano Ronaldo) dövründə ilk Səudiyyə Pro Liqası titulunu rəsmiləşdirmək imkanı verəcəkdi. Lakin son saniyələrdə buraxılan qol həm meydanda, həm də tribunalarda emosiyaları pik həddə çatdırıb.
