“Əl-Nəsr”in hücumçusu və kapitan Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının 32-ci turunda “Əl-Hilal”la (1:1) matçın 90+8-ci dəqiqəsində qapıçı Bentonun öz qapısına vurduğu qoldan sonra əli ilə üzünü örtüb.
İdman.Biz bildirir ki, bu matçdakı qələbə Jorje Jezuşun komandasına vaxtından əvvəl çempionluğu təmin edərdi. Portuqaliyalı hücumçu 83-cü dəqiqədə əvəzlənib.
Səudiyyə Ərəbistanı Pro Liqasında 33 oyundan sonra “Əl-Nəsr” 83 xalla birinci yerdədir. Komandanın Pro Liqanın sonuna qədər bir oyun keçirməsi lazımdır. “Əl-Hilal” 32 oyunda 78 xalla ikinci yerdədir. Onların mövsümün sonuna iki oyunu qalıb.
