La Liqa prezidenti Florentino Peresin ittihamlarına cavab verib

13 May 2026 00:50
200
La Liqa prezidenti Florentino Peresin ittihamlarına cavab verib

La Liqa prezidenti Xavyer Tebas, La Liqanın klubu tənqid edən media qurumlarına sponsorluq etdiyini iddia edən “Real Madrid” prezidenti Florentino Peresin açıqlamalarına münasibət bildirib.

İdman.Biz bildirir ki, Peres 25 milyon avro ödəniş edildiyini vurğulayıb.

“Bu, yalandır. Bəzən o, bir rəqəm, bəzən isə başqa rəqəm verir. Hətta bizi Milli İdman Şurasına (CSD) göndərdilər. Bu, tamamilə yalandır. Florentino Peresin böyük nüfuzu var. O, “Real Madrid”in tarixi üçün o qədər çox iş görüb ki...
Mən “Real Madrid” azarkeşiyəm, amma indi gizli azarkeşəm. Bu kluba görə təəssüf edirəm; biz yalanlar yaymağa davam edə bilmərik”, - deyə AS Tebasdan sitat gətirib.

İdman.Biz