Səudiyyə Ərəbistanı Pro Liqasının 32-ci turunda “Əl-Nəsr” və “Əl-Hilal” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, oyun Ər-Riyaddakı “Al-Avval Park”da baş tutub və 1:1 hesabı ilə bitib.
37-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Məhəmməd Simakan fərqlənib. 90+8-ci dəqiqədə “Əl-Nəsr” qapıçısı Bento öz qapısına qol vurub.
Səudiyyə Ərəbistanı Pro Liqasında 33 oyundan sonra “Əl-Nəsr” 83 xalla birinci yerdədir. Komandanın Pro Liqanın sonuna qədər bir oyun keçirməsi lazımdır. “Əl-Hilal” 32 oyunda 78 xalla ikinci yerdədir. Onların mövsümün sonuna iki oyunu qalıb.
