İsveç Futbol Assosiasiyası (SvFF) rəsmi saytında bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı üçün milli komandanın heyətini dərc edib.
İdman.Biz sizi heyətlə tanış edir:
Qapıçılar: Viktor Yohansson (Stok Siti), Kristoffer Nordfeldt (AIK), Yakob Zetterström (Derbi Kaunti).
Müdafiəçilər: Yalmar Ekdal (Börnli), Qabriel Qudmundsson (Lids Yunayted), İsak Hin (Atalanta), Emil Holm (Yuventus), Qustaf Lagerbilke (Braqa), Viktor Lindelyof (Aston Villa), Erik Smit (Sankt-Pauli), Karl Starfelt (Selta Viqo), Elliot Straud (Mölbyo), Daniel Svensson (Borussiya Dortmund).
Yarımmüdafiəçilər: Taha Əli (Malmö), Yassin Ayari (Brayton), Lukas Berqvall (Tottenhem), Yesper Karlström (Udineze), Ken Sema (Pafos), Mattias Svanberq (Volfsburq), Besfort Zeneli (Yunion).
Hücumçular: Aleksandr Bernhardsson (Holşteyn), Entoni Elanqa (Nyukasl Yunayted), Viktor Qyokeres (Arsenal), Aleksandr İsak (Liverpul), Qustav Nilsson (Brügge), Benjamin Niqren (Seltik).
Qeyd etmək lazımdır ki, “Barselona”nın hücumçusu Runi Barci, “Tottenhem”in yarımmüdafiəçisi Deyan Kuluşevski və bir neçə digər ulduz oyunçu heyətdən kənarda qalıb. Kuluşevski diz zədəsi səbəbindən 2025-ci ilin may ayından bəri sıradan çıxıb və Barcinin heyətdə olmaması, çox güman ki, onun Kataloniya klubunda müntəzəm oyun vaxtının olmaması ilə bağlıdır.
