“Real Madrid”in prezidenti Florentino Peres bildirib ki, “Los Blancos” bu mövsüm hakim qərarları səbəbindən 18 xal itirib.
İdman.Biz-in mlumatına görə, 79 yaşlı mütəxəssis həmçinin vurğulayıb ki, “kral klubu” onun rəhbərliyi dövründə daha çox La Liqa titulunu qazanmalı idi.
“Necə əsəbiləşməyə bilərəm? Mən yeddi La Liqa titulunu qazandım, amma 14-nü qazanmalı idim. Onlar məndən yeddisini aldılar. Və bu mövsüm onlar bizdən 18 xal oğurladılar. Bu "rejim ziyalıları" bizə zərər verir”, - deyə Peres mətbuat konfransında bildirib.
İspaniya çempionatının 35 oyunundan sonra “Real Madrid” 77 xalla ikinci yerdədir.
Peres 2000-ci ildən 2006-cı ilə qədər “Real Madrid”in prezidenti olub. O, bu vəzifəyə 2009-cu ildə qayıdıb.
