“Liverpul” və “Çelsi” bu yay “Sportinq”in yarımmüdafiəçisi Fransisko Trinkanı transfer etməyi düşünürlər.
İdman.Biz bu barədə “Caught Offside” istinadən xəbər verir.
Mənbənin məlumatına görə, 26 yaşlı futbolçunun müqaviləsində 60 milyon avroluq sərbəst qalma bəndi var.
Trinkan bu mövsüm bütün turnirlərdə 52 oyunda meydana çıxıb, 13 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.
Trinkan Portuqaliya millisində 17 oyun keçirib və üç qol vurub.
