Qvardioladan VAR-a sərt sözlər: “Bu, püşk atmaq kimidir”

13 May 2026 09:58
120
Qvardioladan VAR-a sərt sözlər: “Bu, püşk atmaq kimidir”

İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiola VAR sistemi ilə bağlı sərt açıqlama verib.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis BBC-yə açıqlamasında komandasının hakim və VAR qərarlarından əziyyət çəkdiyini bildirib.

Qvardiola 2024 və 2025-ci illərdə “Mançester Siti”nin uduzduğu iki İngiltərə Kuboku finalını nümunə göstərib. Onun sözlərinə görə, həmin oyunlarda hakimlər və VAR üzərlərinə düşən işi yerinə yetirməyib.

Mütəxəssis buna baxmayaraq, komandanın günahı hakimlərdə axtarmamalı olduğunu vurğulayıb. O qeyd edib ki, belə hallarda “Mançester Siti” daha yaxşı oynamalı və nəticəni öz oyunu ilə həll etməlidir.

“VAR püşk atmaq kimidir. Ona görə də sən hər şeyi daha yaxşı etməli, ən yaxşı mövqedə olmalısan”, - baş məşqçi əlavə edib.

“Mançester Siti” İngiltərə Premyer Liqasında 35 oyundan sonra 74 xalla ikinci pillədə qərarlaşıb.

İdman.Biz