“Real Madrid” daha bir türk ulduzunu heyətinə qatmaq niyyətindədir

13 May 2026 04:20
250
“Real Madrid” daha bir türk ulduzunu heyətinə qatmaq niyyətindədir

İspaniya nəhəngi “Real Madrid”, Arda Gülərin ardından daha bir türk ulduzunu heyətinə qatmaq istəyir.

İdman.Biz-in AS-a istinadən məlumatına görə, “Yuventus”un türk əsilli oyunçusu Kənan Yıldız “kral klubu”nun hədəfindədir.

Xəbərə əsasən, “Real Madrid” prezidenti Florentino Peres Kənan Yıldızı heyətə qatmaq istəyir. Klub rəhbərliyi, Kənanı sadəcə bir istedadlı futbolçu kimi deyil, komandanın gələcək on ilindəki hücum xəttinin ana parçalarından biri olaraq görür.

Bu mövsüm “Yuventus” forması ilə çıxdığı 46 rəsmi matçtd 11 qol və 10 məhsuldar ötürmə edən 21 yaşındaki futbolcu, Avropanın müxtəlif klublarının diqqətini cəlb edib. İtalyan klubu gənc oyunçusunu satmağa yaxşı baxmasa da, “Real Madrid”in bu transfer üçün ciddi bir büdcə və plan hazırladığı bildirilir.

İdman.Biz