“Mançester Yunayted” gələn mövsüm heyətini gücləndirmək üçün ən azı beş yeni oyunçu ilə müqavilə imzalamağa çalışır.
İdman.Biz The Sun-a istinadən bildirir ki, “qırmızı şeytanlar”ın məqsədi üç mərkəz yarımmüdafiəçisi, bir sol cinah müdafiəçisi və bir ehtiyat hücumçu əldə etməkdir.
Mənbənin məlumatına görə, Senne Lammensi əvəz edə biləcək yeni qapıçı da komandaya qoşula bilər. Vurğulanır ki, “Mançester Yunayted” Premyer Liqa klublarından bir neçə oyunçuya göz dikib.
Son zamanlar onlar Elliot Andersonu (Nottingem Forest), Sandro Tonalini (Nyukasl), Aleks Skottu (Bornmut), Adam Uortonu (Kristal Palas) və Karlos Balebanı (Brayton) izləyirlər.
