Cəlal Hüseynov “Arda”nın qələbəsində dublla fərqləndi - VİDEO

13 May 2026 11:56
97
Cəlal Hüseynov “Arda”nın qələbəsində dublla fərqləndi

Bolqarıstan çempionatının 34-cü turunun oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun heyətində yer aldığı “Arda” komandası “Botev”in qonağı olub.

Görüş “Arda”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətində çıxan 23 yaşlı müdafiəçi 61-ci və 70-ci dəqiqələrdə rəqib qapısına yol taparaq komandasının qələbəsində həlledici rol oynayıb.

Bu turdan sonra “Arda”nın 48 xalı var və turnir cədvəlində yeddinci yerdədir.

İdman.Biz