Hondurasın “Motagua” futbol komandasının braziliyalı oyunçusu Romario Da Silva “Olanço” ilə oyunda ağır zədə alıb.
İdman.Biz xəbər verir ki, hadisə “Klausura-2026”nın “Triangulares” mərhələsində baş verib. Səfərdə keçirilən görüşdə “Motagua” 0:2 hesablı qələbə qazansa da, matç daha çox Romarionun zədəsi ilə yadda qalıb.
Braziliyalı futbolçu Maçuka Ramireslə top uğrunda mübarizə zamanı topuq nahiyəsindən ayağı qırılıb. Dərhal həkim briqadası müdaxilə edib və futbolçu xərəkdə meydandan çıxarılıb.
Zədə epizodu “Motagua” düşərgəsində ciddi narahatlıq yaradıb. Komanda vacib qələbə qazansa da, Romarionun durumu oyunun əsas müzakirə mövzusuna çevrilib.
