“Mançester Yunayted” cari mövsümün sonunda “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali üçün rəsmi təklif irəli sürəcək.
İdman.Biz-in “Daily Mail”ə istinadən verdiyi məlumata görə, italyan milli oyunçusu klubun bu mövqe üçün əsas hədəfidir.
Mənbənin məlumatına görə, klub kapitan Bruno Fernandeşlə Tonalini transfer etmək barədə məsləhətləşib. Yarımmüdafiəçi 25 yaşlı futbolçunun “Mançester Yunayted”ə keçidini dəstəklədiyini bildirib və portuqaliyalı futbolçunun “Nyukasl”ın yarımmüdafiəçisinin oyunundan təsirləndiyini vurğulayıb.
Bu mövsüm Tonali bütün turnirlərdə 47 oyunda meydana çıxıb, üç qol vurub və yeddi məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 80 milyon avrodur.
