Fransanın Liqa 1 təmsilçisi “Strasbur” futbol klubu azarkeşləri ev oyunlarına cəlb etmək üçün maraqlı marketinq üsulundan istifadə edir.
İdman.Biz xəbər verir ki, klub bu mövsüm “Meyno” stadionundakı matçlarda fanatlar üçün xüsusi qida konsepti təqdim edir. Hər ev oyunu üçün fərqli yemək hazırlanır və həmin təamı yalnız stadiona gələn azarkeşlər dada bilirlər.

“Strasbur”un rəsmi saytında ev oyunları zamanı fanzonada və stadion ərazisində qida təkliflərinin olduğu, o cümlədən yerli mətbəxə aid yeməklərin təqdim edildiyi qeyd olunur.

Bu yanaşma sosial şəbəkələrdə də diqqət çəkir. Məlumata görə, klubun yeni yeməklərlə bağlı paylaşdığı anonslar bəzən oyun afişalarından daha çox reaksiya və bəyənmə toplayır. “Meyno” fanzonası oyun günlərində azarkeşlərin toplaşdığı əsas məkanlardan biri sayılır və rəsmi məlumatda onun 5000 nəfərə qədər tutuma malik olduğu bildirilir.


