“Araz-Naxçıvan” futbolçusu Vanderson Melo ilə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-2024-cü illər mövsümündən “qırmızı-ağlar”ın heyətində çıxış edən braziliyalı yarımmüdafiəçi Naxçıvan təmsilçisinin rəsmi saytına açıqlamasında komandada üç maraqlı mövsüm keçirdiyini söyləyib:
“Uğurlu nəticələrimiz də, təəssüfləndiyimiz oyunlar da oldu. Komanda ötən mövsüm tarixində ilk dəfə üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında “Aris” kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik. Ümid edirəm ki, növbəti mövsüm “Araz-Naxçıvan” daha yaxşı çıxış edər və uğur qazanar”.
