“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr keçmiş baş məşqçi Ruben Amorim haqqında danışıb.
“Ruben haqqında pis bir şey deyə bilmərəm. Onu çox bəyənirəm, düşünürəm ki, onun əla ideyaları var. Sadəcə, “Mançester Yunayted”də onlar alınmadı. İnanıram ki, onun fantastik karyerası olacaq və yəqin ki, növbəti klubunda çoxlu oyun qazanacaq.
Sadəcə alınmadı və biz oyunçular olaraq bunun üçün məsuliyyət daşımalıyıq. Amma düşünürəm ki, o, klubu düzgün istiqamətə yönəldib. Düşünürəm ki, buna görə çox tərifə layiqdir, çünki o, yaxşı və vahid komanda qurmağı bacarıb”, - ESPN Maquayrdan sitat gətirir.
Maykl Kerrik 13 yanvarda komandanın yeni baş məşqçisi təyin edilib. O, bu postda Amorimi əvəz edib. Kerrikin daimi olaraq təyin olunub-olunmayacağı hazırda məlum deyil. “Mançester Yunayted” Premyer Liqa turnir cədvəlində üçüncü yerdədir.
