Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu, misirli futbolçunun cari mövsümün sonunda İngiltərə klubundan ayrıldığını elan etməsindən sonra “Liverpul”un cinah oyunçusu Məhəmməd Salahın transferi üzərində işə başlayıb.
İdman.Biz bu barədə ESPN-ə istinadən məlumat verir.
Nəşrin məlumatına görə, cinah oyunçusu uğrunda mübarizədə “Əl-Qadisiya” da iştirak edə bilər. Kriştianu Ronaldu və misirli futbolçunun keçmiş komanda yoldaşı Sadio Manenin çıxış etdikləri “Əl-Nəsr” və Kərim Benzemanın çıxış etdiyi “Əl-Hilal” hücumçunun transferini düşünmürlər.
Xatırladaq ki, 2023-cü ilin payızında mediada “Əl-İttihad”ın Salahı 150 milyon funt sterlinqə (174 milyon avro) ala biləcəyi bildirilirdi. Bu mövsüm 33 yaşlı futbolçu klubun heyətində bütün yarışlarda 34 oyunda iştirak edib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt onun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
