“Mançester Yunayted” mövsümün sonunda klubdan ayrılacaq yarımmüdafiəçi Kazemironun yerini tuta biləcək üç oyunçunu müəyyənləşdirib.
İdman.Biz bu barədə “Daily Mail”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, braziliyalı oyunçunun yerinə əsas namizədlər “Nyukasl”dan Sandro Tonali, “Nottingem Forest”dən Elliott Anderson və “Kristal Palas”dan Adam Uortondur.
Qeyd olunur ki, Manuel Uqarte komandadan gedərsə, “qırmızı şeytanlar” başqa bir yarımmüdafiəçi axtarışına başlaya bilər. Lakin mankunianlılar “Mançester Siti” də daxil olmaqla, İngiltərə Premyer Liqasının digər klubları ilə rəqabət aparacaq.
Kazemiro 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir.
