“Barselona” “Yuventus”un müdafiəçisini hədəf alıb

24 Mart 2026 21:41
110
“Barselona” “Yuventus”un müdafiəçisini hədəf alıb

“Barselona” “Yuventus”un sol cinah müdafiəçisi Andrea Kambiasoya göz dikib.

İdman.Biz bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Turin komandasının baş məşqçisi Luçiano Spalletti 26 yaşlı futbolçunu əsas oyunçu hesab edir. İtaliya nəhəngi Kambiasonun transferini 50 milyon avro dəyərləndirir və bundan aşağı təklifləri nəzərdən keçirməsi ehtimalı azdır.

Müdafiəçi bu mövsüm bütün yarışlarda 39 oyunda meydana çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.

İdman.Biz