İranlı futbolçu paylaşımlarına görə millidən qovulub

20 Mart 2026 01:48
111
İranlı futbolçu paylaşımlarına görə millidən qovulub

Futbolçu Sərdar Azmun İran milli komandasından kənarlaşdırılıb.

İdman.Biz xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Şabab Əl-Əhli” klubunun oyunçusu əmlakının müsadirə edilməsi təhdidləri ilə üzləşib.

Futbolçunun sosial media paylaşımları BƏƏ lideri Məhəmməd bin Zayedə dəstək kimi qəbul edilib, baxmayaraq ki, Azmun bunu Əmirliklərin “Şabab Əl-Əhli” klubunun oyunçusu kimi edib. Azmun Məhəmməd bin Zayedlə birgə fotolar dərc edib.

İran İsrail və ABŞ-a qarşı apardığı müharibədə BƏƏ-ni düşmənlərinin müttəfiqi sayır.

İranın “Fars” xəbər agentliyinin məlumatına görə, Azmun ölkədə “xain” adlandırılır və əmlak müsadirə olunmaqla hədələnir.

İdman.Biz