“Çelsi” Bundesliqanın hücumçusu uğrunda “Tottenhem”ə rəqib ola bilər

20 Mart 2026 00:51
78
“Çelsi” Bundesliqanın hücumçusu uğrunda “Tottenhem”ə rəqib ola bilər

“Çelsi” və “Tottenhem” “Hoffenhaym”ın hücumçusu Fisnik Aslani ilə maraqlanır.

İdman.Biz-in Bild-ə istinadən məlumatına görə, hər iki klub 23 yaşlı hücumçunu bu yay transfer etməyi düşünür.

Mənbənin məlumatına görə, “Çelsi” və “Tottenhem” oyunçu üçün təklif irəli sürməkdə “Bavariya” ilə rəqabət apara bilərlər. Daha əvvəl media orqanları “Barselona”nın da Aslani ilə maraqlandığını bildirmişdi.

Hücumçu bu mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb, doqquz qol vurub və səkkiz məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.

İdman.Biz