Oyun zamanı ağır zədə alan “Qalatasaray”lının son vəziyyəti açıqlandı

19 Mart 2026 15:31
100
Oyun zamanı ağır zədə alan “Qalatasaray”lının son vəziyyəti açıqlandı

UEFA Çempionlar Liqasında “Liverpul”a qarşı keçirilən matç zamanı ciddi zədə alan “Qalatasaray”ın niderlandlı futbolçu Noa Lanqın vəziyyəti açıqlanıb.

İdman.Biz xəbər verir ki, klubun yaydığı məlumata görə, Lanq artıq cərrahi əməliyyat keçirib və hazırda bərpa prosesinə başlayıb.

Futbolçunun nə qədər müddətə yaşıl meydanlardan kənarda qalacağı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə oyun zamanı futbolçunun reklam lövhəsi ilə toqquşması nəticəsində baş verib. Nəticədə onun əlində, xüsusilə baş barmaq nahiyəsində ağır zədə qeydə alınıb.

İdman.Biz