Vinisius Junior bu həftə UEFA Çempionlar Liqasının tarixində xüsusi bir göstəriciyə imza atıb.
İdman.Biz xəbər verir ki, bu, braziliyalı futbolçunun “Real Madrid”in son matçındakı çıxışları sayəsində mümkün olub.
Komanda UEFA Çempionlar Liqasının 1/8 finalının cavab oyununda “Mançester Siti” ilə qarşılaşıb və 2-1 hesabı ilə qalib gələrək ümumi nəticədə 5-1-lik üstünlük əldə edib.
Oyunda fərqlənən isə məhz Vinisius Junior olub. İlk yarıda penalti vuraraq hesabı açan 25 yaşlı hücumçu, matçın son anlarında sol ayağı ilə vurduğu voleylə (top yerə dəymədən, havada ikən vurulan zərbə) dubla imza atıb.
Bu nəticə ilə Vinisius Junior UEFA Çempionlar Liqasında dubl sayına görə artıq Luis Suares və Ueyn Runidən öndədir – braziliyalı futbolçunun indiyə qədər 7 dubla malik olduğu bildirilib, rəqiblərdə isə 6 dubl var.
