Kaysedo: “PSJ-dən məğlubiyyət məyusedicidir, amma işləməyə davam edəcəyik”

18 Mart 2026 19:40
101
Kaysedo: “PSJ-dən məğlubiyyət məyusedicidir, amma işləməyə davam edəcəyik”

“Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedo UEFA Çempionlar Liqasının 1/8 finalında komandasının PSJ-yə məğlubiyyətini şərh edib.

İdman.Biz bildirir ki, “Çelsi” hər iki oyunda PSJ-yə məğlub olub (2:5, 0:3).

“Bu məğlubiyyət hamımızı məyus etdi. Əlbəttə ki, PSJ-nin çox güclü olduğunu başa düşürük. Ən yaxşı oyunumuzu göstərməyə çalışdıq, amma rəqibimiz hazırkı çempiondur. Əlimizdən gələni etdik, amma alınmadı. Daha yaxşı oynamaq istərdik, amma PSJ dünyanın ən yaxşı komandalarından biridir. Çox məyus olduq. Hər birimiz mübarizə aparmağa hazır idik, amma hər iki-üç gündən bir oyunları olan bir neçə turnirdə oynayırıq. Bəzən bu vəziyyət çox çətin ola bilər, amma biz işləməyə davam edəcəyik”, - Kaysedo deyib.

İdman.Biz