Vinisius Junior “Real Madrid”in çempionatdakı son oyununu buraxacaq.
İdman.Biz bildirir ki, Madrid klubunun La Liqada 38-ci turda “Atletik Bilbao”ya qarşı bir oyunu qalıb. Oyun 23 may şənbə günü keçiriləcək.
ESPN Brasil-in məlumatına görə, “Los Blancos” rəhbərliyi cinah yarımmüdafiəçisinə vaxtından əvvəl sərbəst buraxılmasına icazə verib, çünki “Real Madrid" artıq titul uğrunda mübarizə aparmır. Oyunçu 2026-cı il dünya çempionatına hazırlıq məqsədilə milli komanda yoldaşlarına qoşulmaq üçün Braziliyaya gedəcək.
Bu La Liqa mövsümündə Vinisius 36 oyun keçirib, 16 qol vurub və beş məhsuldar ötürmə edib. Onun statistikası ilə burada tanış ola bilərsiniz.
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.
