2026/27 mövsümündə Almaniya Bundesliqasında iştirak etmək hüququ uğrunda “Volfsburq” və “Paderborn 07” arasında ilk pley-off oyunu başa çatıb.
İdman.Biz bildirir ki, matç Volfsburqdakı “Volkswagen Arena”da keçirilib. Oyun 0:0 hesablı heç-heçə ilə bitib.
Cavab matçı 25 mayda Paderborndakı “Home Deluxe Arena”da keçiriləcək.
“Haydenhaym” və “Sankt-Pauli” bu mövsümün nəticələrinə görə Bundesliqadakı yerlərini itiriblər. “Volfsburq” yüksək divizionda 16-cı yeri tutaraq pley-offda oynamaq hüququ qazanıb.
