Güləşçilərimiz Avropa çempionatında medal savaşına çıxır

21 May 2026 09:38
138
Güləşçilərimiz Avropa çempionatında medal savaşına çıxır

Yunan-Roma güləşi üzrə U-15 Avropa çempionatında Azərbaycan millisinin dörd təmsilçisi bu gün medal görüşlərinə çıxacaq.

İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsindən sonra iki güləşçimiz finala yüksəlib, daha iki idmançımız isə bürünc medal şansını qoruyub.

Hüseyn Əmrahlı (38 kq) yarımfinalda rusiyalı Ervin Sufiyanov üzərində tam üstünlüklə 3:1 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib. O, bu gün qızıl medal uğrunda xalça üzərinə çıxacaq.

Paşa Aslan (44 kq) da həlledici görüşə yüksələn idmançılarımız sırasında yer alıb. Azərbaycan güləşçisi yarımfinalda Gürcüstan təmsilçisi Luka Saqinadzeyə 5:3 hesabı ilə qalib gəlib.

Pünhan Şahmarov (48 kq) yarımfinalda rusiyalı Feliks Tuayevə 1:10 hesabı ilə uduzub. O, bu gün bürünc medal uğrunda güləşəcək.

Sadiq Vəlizadə (57 kq) isə yarımfinalda rusiyalı Raybek Muçurayevə 2:13 hesabı ilə məğlub olub. Təmsilçimiz üçüncü yer uğrunda görüşdə medal qazanmağa çalışacaq.

Beləliklə, Azərbaycan millisinin iki güləşçisi Avropa çempionluğu, iki idmançısı isə bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz