Ronaldu karyerasında səkkizinci dəfə milli çempionatın qalibi olub

22 May 2026 00:11
74
Ronaldu karyerasında səkkizinci dəfə milli çempionatın qalibi olub

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu komandası ilə birgə Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb.

Bu, 41 yaşlı portuqaliyalı oyunçunun klubla ilk titul və karyerasında səkkizinci çempionluğudur.

Ronaldu “Mançester Yunayted”lə üç İngiltərə çempionluğu, “Real Madrid” və “Yuventus”la isə müvafiq olaraq iki İspaniya və İtaliya çempionluğu qazanıb. Ronaldonun çempionluq qazana bilmədiyi yeganə komanda Portuqaliya klubu “Sportinq” olub.

İyun ayında Ronaldu Portuqaliya ilə dünya çempionatında iştirak edəcək. Bu, onun karyerasının altıncı turniri olacaq.

İdman.Biz