İspaniyalı hakimlər “Real”ın rəhbərinə və televiziyasına qarşı şikayət ərizəsi veriblər

21 May 2026 23:39
61
İspaniyalı hakimlər “Real”ın rəhbərinə və televiziyasına qarşı şikayət ərizəsi veriblər

İspaniya Futbol Hakimləri Assosiasiyası (AESAF) “Real Madrid”in prezidenti Florentino Peres və klubun televiziyasına qarşı Zorakılığa Qarşı Mübarizə Komissiyasına şikayət ərizəsi təqdim edib.

İdman.Biz bildirir ki, “kral klubu”nun rəhbəri daha əvvəl İspaniya hakimlərinə qarşı korrupsiya iddiası irəli sürüb.

“İspan hakimlərinin ləyaqətini və düzgünlüyünü qorumaq üçün AESAF tərəfindən dəstəklənən institusional fəaliyyət xəttinin bir hissəsi olaraq cənab Peresə, eləcə də “Real Madrid” televiziyasına qarşı şikayətlər irəli sürülüb. Assosiasiya hesab edir ki, müəyyən ictimai bəyanatların təkrarlanması, eləcə də klubun hakimlər orqanını sistematik şəkildə sorğuladığı və ya nüfuzdan saldığı məzmunun davamlı yayılması ona hörmətin azalmasına səbəb olur. Hörmət idman fəaliyyətinin düzgün inkişafı üçün vacibdir və hörmətsizlik hakimlərə qarşı gərginliyə, düşmənçiliyə və ya zorakılığa səbəb ola bilər”, - deyə AS bəyanatda bildirilir.

İdman.Biz