Bir neçə saat sonra Səudiyyə Ərəbistanında start götürəcək Türkiyə Superkubokunun finalında qalmaqal yaşanır.
İdman.biz xəbər verir ki, yerli hökumətin qadağaları oyunun keçirilməsini sual altında qoyub.
“Qalatasaray”la “Fənərbaxça” arasında təşkil olunacaq qarşılaşma zamanı ərəblər tribunada Atatürk şəkillərinin , “Yurtta Sülh, Cihanda Sülh”, “Nə mutlu Türküm diyene” şüarlarının paylaşılması və səsləndirilməsini qadağan ediblər. Türkiyənin 100 illiyinə təsadüf edən matçda komandaların meydana Atatürkün şəkli olan geyimlərdə çıxmasına da icazə verilməyib. “Qalatasaray” bu səbəbdən oyundan əvvəl keçirilməsi nəzərdə tutulan məşqə çıxmayaraq, otelə geri dönüb.
Hər iki klubun prezidenti Ali Koç və Dursun Özbek TFF prezidenti Mehmet Büyükekşi ilə görüşüblər. Bu görüşdən sonra komandaların, məşqə edəcəyi bildirilsə də, hələlik, yekun qərar verilməyib.
Qeyd edək ki, “Qalatasaray” – “Fənərbaxça” oyunu dekabrın 30-da Ər-Riyad şəhərində keçiriləcək.
İdman.biz